Şüvəlanda istirahət edən şəxs bıçaqlanıb, 2 min avro pulu aparılıb

Baxış sayı:
5107

Şüvəlan çimərliyində insident olub.

"Report" xəbər verir ki, C.Bədəlov adlı şəxs dənizdə çimərkən sahildə olan paltarlarının cibindən pul oğurlandığının şahidi olub.

Oğurluq etmək istəyənlərə yaxınlaşan zaman iki nəfər naməlum şəxs C.Bədəlova bıçaqla xəsarət yetirərək onun cibində olan 2000 avro pulunu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.