Sürücülərin reysqabağı müayinəsi ilə bağlı YENİLİKLƏR OLACAQ

Baxış sayı:
2662

“Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanması və sürücülərin reysqabağı müayinəsi ilə əlaqədar çatışmazlıqlar var”.

Muxalifət.az xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov deyib.

Onun sözlərinə görə, bu məsələnin hüquqi həllində boşluqlar var.

“Qanunvericlikdə müəyyən edilmiş vəzifələrimizin yerinə yetirilməsində, yoxlanmaların aparılma mexanizmində, habelə hüquqi məsuliyyət məsələlərində boşluqlar mövcuddur. Yetərli sayda qaraj təsərrüfatı yoxdur, daşıyıcılar əsasən maddi texniki bazası zəif olan fərdi sahibkarlardır. Belə vəziyyət bizi qane etmir. Bu çatışmazlıqların aradan qaldırılması və yoxlamaların aparılma metodologiyasının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanır. Bu sahə üzrə məsləhət xidmətləri göstərən şirkətlərlə əməkdaşlıq nəzərdə tutulur”.