Suriyada vətəndaş savaşı sona çatır - İran və Rusiya Suriyanın sərvətlərini necə böləcək? - ARAŞDIRMA

Baxış sayı:
2953

Urdoni (İordaniya), 04.09.2018

Suriyada müharibənin yekun mərhələsinə keçməsilə yeni döyüş başlanır – indi artıq bütün münaqişə boyu prezident Bəşər Əsədin rejimini dəstəkləyən və pərdə enəndən sonra öz qələbələrinin bəhrəsini dərməyə ümid edən Rusiya və İran arasında.

Bu iki ölkə uzun müddət boyunca Suriya arenasında müttəfiq olsa da, indiki anda xüsusən də gələcəkdə Suriya dövlətinin bərpası prosesində hər ikisinin “maliyyə mükafatı” almaq istəyi nəzərə alınsa, onların maraqları ayrılır.

Ehtimal ki, fikir ayrılığı bir-birilə rəqabət aparmaqla uğrunda mübarizə apardığı Suriyanın bərpası üzrə müqavilələrə və müharibə cəhənnəmindən xilas edilmiş Suriya neftinin bəzi ehtiyatlarına aid olacaq.

Hərbi-dəniz qüvvələrinin “ən böyük” səfi

İndiki anda “yeni Suriya”da Əsəd rejiminə kimin nəzarət edəcəyi uğrunda xəlvəti mübbarizə başlanır – xüsusən də keçən həftə Rusiya özünün hərbi-dəniz qüvvələrini Suriya sahillərinin yanında sıralayanda və NATO Moskvanı “təcavüzkar addımlar”a görə qınayanda beynəlxalq gərginlik kəskin şəkildə artandan sonra.

Rusiyanın kütləvi informasiya vasitələri xəbər verib ki, silahlı qüvvələrin bu sıralanması Rusiyanın 2015-ci ildə Suriya münaqişəsinə birbaşa müdaxiləsindən sonra, bir növ, ən böyük aksiya sayılır. Rusiyanın hərbi-dəniz iştirakının artırılması zamanca Suriya hökumətinin Suriyanın şimalında – İdlibdə sonuncu ən böyük üsyançı anklava gözlənilən hücumuyla üst-üstə düşüb.

Eyni zamanda İranın müdafiə naziri bu həftənin əvvəlində Dəməşqə səfər edərkən Suriya rejimi təhlükəsizlik sahəsində İranla yeni sazişin bağlandığını bildirəndən sonra Rusiya özünün hərbi-dəniz qüvvələrini bölgəyə göndərib. Rusiya HDQ üç il qabaq Suriyaya göndərilib ki, o zaman ölkə ərazisinin yalnız dörddə birinə nəzarət edən Əsədin xeyrinə müharibədə qələbə çalsın.

Rusiya bu gün rejimə dəstək təminatı üçün Suriyada hərbi iştirakını saxlayır. Amma onun başqa strateji maraqları da var – bu, birinci növbədə Suriyanın şimalında Rusiyanın nəzarətində olan Tartus limanı vasitəsilə Aralıq dənizinə çıxışı təmin etməkdir.

İranın və onun dəstələrinin aqibəti

İran təhlükəsizlik sahəsində Tehranla Dəməşq arasında imzalanmış sazişə uyğun olaraq Suriyanın hərbi və müdafiə sənayesini bərpa etməyə yardım edəcək, İran müdafiə nazirinin Suriyanın bərpasına Tehranın tərəfdarlığını təsdiq edir. Tehran habelə Suriyanın müharibə zamanı zədələnmiş, amma tam məhv edilməmiş kommunikasiya sahəsinə nəzarət etməyə can atır.

Yaxın Şərq məsələləri üzrə Vaşinqton eksperti Mettyu Brodski Əsəd rejiminin maliyyə durumu haqda bu yaxınlarda məruzə dərc edib və kommunikasiya sahəsində İranla Suriya arasında artıq imzalanmış sazişlərə işarə edib. Brodski qeyd edib: “Kommunikasiya sektorunun təkcə maliyyə gəlirləri deyil, həm də vətəndaşları dinləməkdən ötrü İran üçün böyük önəmi var”.

Ekspert deyib: “İran və Suriya arasındakı sazişlər İrana Suriyanın fosfat mədənlərini istismar etmək imkanı verir”.

“Tehranın bu mədənlərə müstəsna hüquqlar alıb-almayacağı, yaxud onu Rusiya ilə bölüşdürəcəyi aydın deyil”.

Bundan savayı, ekspert neft-qaz stansiyalarının inşa edilə biləcəyi Xoms və Tartus əyalətlərində 12 min fədana yaxın torpağın istifadəsi haqda İran-Suriya sazişlərindən yazıb.

İranın rekonstruksiya prosesində əldə edə biləcəyi daha bir maliyyə qazancı Suriyada son yeddi ilin gedişatında Suriya vətəndaşlarının tərk etdikləri kənd təsərrüfatı yerlərinin iranlılara verilməsidir.

Brodski habelə əhalinin köçürülməsi üzrə Əsədin planları haqda yazır və xatırladır ki, bu torpaqların bir bölümü İranyönlü şiə könüllü yığması üzvlərinin Suriyada iştirakının möhkəmləndirilməsinə səbəb olacaq addım kimi onlara veriləcək.

Vaşinqton gedir

Hər şeyə əsasən, Birləşmiş Ştatlar Suriya dövlətinin bərpasında iştirak uğrunda mübarizədən uzaq görünən yeganə dövlət olacaq. Prezident Donald Trampın administrasiyası Suriyada “sabahkı gün” üçün aydın siyasətə malik deyil, bir aşkar prinsip istisna olmaqla: “Siz ABŞ-ın pullarını Suriyanın bərpasına sərf etməyəcəksiniz”.

ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli keçən həftə Vaşinqtonda öz nitqində bu məqamı vurğulayaraq bildirib ki, bu gün Suriyanı Rusiya və Əsəd rejimi yiyələnib. Heyli Demokratiyanın Müdafiəsi Fondunun təşkil etdiyi konfransda qeyd edib – ola bilsin, Rusiya və Əsəd ümid edir ki, Birləşmiş Ştatlar Suriyanın bərpası prosesinə başçılıq edəcək, amma bu olmayacaq. O, əlavə edib ki, bu gün Rusiya və Əsəd rejiminin Suriyada böyük dağıntılar qalağına malikdir. Narahatlıq doğuran budur ki, Heylinin bəhs etdiyi bu “böyük dağıntılar qalağı” ABŞ-ın müdaxiləsi olmadan gələcəkdə İran üçün gəlir qaynağı ola bilər, halbuki onun iqtisadiyyatı Amerika sanksiyaları nəticəsində basqıya məruz qalır.

İsrail müşahidə edir

İsrail hesab edir ki, iranlılar “qalmaq üçün buradayıq” mesajı göndərirlər, amma “Haarets” qəzeti xəbər verib ki, müharibədən sonra pis gündə olan Suriya ordusunun yenidən hazırlanması İsraili narahat edən təhlükələr siyahısının başında durmur. Rusiya və İran son yeddi ildə bir-birilə birbaşa toqquşmadan Əsədə əl uzadıb, amma İsrail rəsmiləri hesab edirlər ki, Suriyanın gələcəyi ilə bağlı bəzi məsələlər üzrə hər iki ölkənin fikir ayrılıqları var.

İran məsələləri üzrə ekspert Arian Tabatabay “Haarets” qəzetinə iki həftə qabaq xəbər verib ki, ölkənin savaşsonrası bərpası prosesindən Tehranın qazanc əldə etmək gözləntiləri nəzərə alınsa, İsrailin Suriyadan İranın çıxarılması üzrə məqsədi qeyri-gerçəkdir. O, hesab edir ki, Suriyadan gedən iranlıları təsəvvür etmək çətindir və Rusiya İranı öz qüvələrini bu ölkədən tam çıxarmağa məcbur edə bilməz, habelə onun iranlıları bunu etməyə məcburiyyət cəhdi üçün stimulu yoxdur. Ekspert deyib: “Amerika sanksiyaları İranın Suriyanın bərpasından götürə biləcəyi qazancı əldə etmək marağını yalnız gücləndirir”.

Tehranın həmçinin Suriyanın bərpasından əldə etməyə ümid bəslədiyi qazancı götürməkdə Çin və Avropaya ehtiyacı var.

Çəkindirici çağırışlar

Bütün bunlara baxmayaraq, son bir neçə gündə hüquq müdafiəsi təşkilatları və Avropanın keçmiş məmurlarının Suriyanın rekonstruksiyasına vəsait qoymamaq çağırışları səslənməyə başlayıb, Əsəd insan haqlarını kobud şəkildə pozmağı davam etdirir. “Biz rusiyalıların Suriyada dağıtdıqlarını bərpa etmək üçün pul əldə edilməsi haqda onların çağırışlarını dinləməməliyik, – İsveçin keçmiş xarici işlər naziri Karl Bildt bu həftə yazıb. – Hər şey işarə edir ki, Əsəd suriyalı qaçqınların qaydışına blok qoyur və onlar rekonstruksiyadan qazanc götürmək istəyirlər”.

“Human Rights Watch”-un icraçı direkoru Kennet Rot oxşar baxış nöqtəsinə tərəfdardır. Britaniyanın “Independent” qəzetinin yazdığı kimi, o, hesab edir ki, Avropa höklumətləri Suriyanın bərpası məqsədilə yardımdan danışmazdan qabaq Suriyanın hərbi cinayətlərində Rusiyanın iştirakını pisləməli və Kremlə basqı göstərməlidir ki, Suriyada bu repressiya və vəhşiliklərə son qoyulsun.

Tərcümə Strateq.az-ındır.