SURİYADA RUSİYA İLƏ RAZILAŞDILAR

Baxış sayı:
6205

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, xəbər verir ki, suriyalı müxalifətçilər Rusiya ilə razılaşıblar: Dera qəsəbəsinin şərqini tərk edəcəklər.

Suriyanın cənub-qərbində, Dera və Kuneytra rayonlarında Əsəd hökuməti və tərəfdarları, daha doğrusu Rusiya ilə ilə silahlı müxalifətçilər arasında daimi atəşkəs razılığı əldə edilib.

Cənubi əməliyyat palatasının mətbuat nümayəndəsi olan Hüseyn Ebu Şeyma “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında müzakirələrdə razılaşma əldə edildiyini söyləyib. Ebu Şeyma deyib: “Razılaşmaya görə, müxalifətçilər ağır silahlarını təslim edəcəklər. Rusiya hərbi polisi İordaniya sərhədindən başlayaraq, mərhələli şəkildə bölgəyə daxil olacaq. Razılaşmanın tətbiq edilməyə başlamasından sonra bölgəni tərk eləmək istəyən müxalifətçilər ailələrini də özləri ilə götürərək çıxa biləcəklər”.

350 min nəfərdən artıq dinc əhali didərgin düşüb

Suriya dövləti qüvvələri və dəstəkçiləri ölkənin cənub-qərbindəki Derada iyunun 10-dan etibarən müxalifətçilərin əlində olan bəzi nöqtələri ələ keçirmiş, iyunun 20-dən isə Rusiyanın hava hücumları başlamışdı.

Bölgədəki mülki müdafiə qrupları hücumlarda didərgin düşən əhalinin 350 min nəfərdən çox olduğunu bildirmişdi.

Dera ve Kuneytra, Astana prosesinin təminatçıları olan Türkiyə, İran və Rusiyanın 2017-ci ilin mayında yaratdıqları 4 ədəd gərginliyin azaldılması məntəqəsinə daxildir.

Rusiya, ABŞ və İordaniya 2 ay sonda Dera və Kuneytra ilə bağlı xüsusi razılaşma imzalamışdılar. Bundan sonra ABŞ bölgədə dəstəklədiyi müxalifərçilərə yardımlarını kəsmişdi.