Suriyada ən pis ssenari reallaşdı: iki hissəyə bölündü
11-03-2018 22:59
Baxış sayı:
1708

Əsəd qüvvələrinin Şərqi Qutanı yenidən bombardman etməsi nəticəsində 17 nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, şərqdən qərbə doğru irəliləyən rejim qüvvələri Şərqi Qutanı birləşdirən Medyere bölgəsini ələ keçirib. Bununla da Şərqi Quta iki hissəyə ayrılıb.
Qeyd edək ki, müxaliflərin nəzarətində olan Şərqi Quta uzun illərdir mühasirədə idi. Mütəxəssislər Şərqi Qutanın iki yerə bölünməsini ən pis ssenari kimi qiymətləndirirdilər.