​Suriyada döyüşən azərbaycanlı MƏHKƏMƏ QARŞISINDA

Baxış sayı:
4618

Suriya və İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etməkdə təqsirli bilinən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 6-a təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxs 2017-ci il oktyabrın 27-də saxlanılıb. O, radikal-dini ekstremist cinayətkar birliyin üzvü, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etməkdə təqsirli bilinir.