Sumqayıtda YANĞIN: 30 nəfər təxliyə edildi

Baxış sayı:
7240

Sumqayıt şəhərində yanğın olub.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə və bitişik digər binanın dam örtüyü 1 m² sahədə yanıb. 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.