Süleymani təhdid etdi: Bu, İsrailin son əməliyyatı olacaq
26-08-2019 11:49
Baxış sayı:
8563

İsrailin Suriyadakı İran obyektlərinə zərbə endirməsi keçirəcəyi son əməliyyat olacaq.
Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds briqadasının komandanı Qasım Süleymani öz Tvitter səhifəsində paylaşıb.
Qeyd edək ki, bundan öncə İsrail ordusu Dəməşqin cənub-şərqindəki İran obyektlərini məhv etməsinə dair görüntülər yaymışdı.