"Süfrələrdə yemək üçün balıq tapılmır" - Nazirlik həyəcan təbili çaldı

Baxış sayı:
14581

"Azərbaycan xalqı balıqsevən xalq olsa da, süfrələrdə yemək üçün balıq tapılmır".

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən tədbirdə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departament direktorunun sözlərinə görə, Azərbaycanda il ərzində adambaşına düşən balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil edir: "Halbuki bu göstərici dünyanın bir sıra ölkələrində 20 kq, Asiya ölkələrində isə hətta 40 kq təşkil edir. Biz bu sahədə müəyyən işlər görməli, balıq məhsullarından istifadənin miqdarının artırılmasına çalışmalıyıq".