Səudiyyə vəliəhdinin bacısına həbs tələbi

Baxış sayı:
11080

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin qızı şahzadə Hassa bin Salman haqqında Fransanın paytaxt Parisdəki evində qorumasına evdə işlər görən təsisatçını döydürdüyü iddiasıyla 6 ay həbs cəzası istənib. Fransız mətbuatında yer alan xəbərlərə görə, Paris Cəza Məhkəməsinin prokuroru paytaxtdakı evində qorumasına evində işləyən təsisatçını döydürdüyü səbəbiylə Hassa bin Salman haqqında 6 ay həbs və 5 min avro pul cəzası tələb edib. Təsisatçını döydüyü üçün şahzadənin qorumasına isə 8 ay həbs cəzası itələb olunub. Məhkəmə prosesinin 12 sentyabrda keçiriləcəyi ifadə edilib. Bundan başqa, Hassa bin Salman haqqında 2017-nin dekabrından bəri müxtəlif cinayətlərdən dolayı saxlanılma qərarı olduğu bildirilib. Hassa bin Salmanın ittihamları inkar etdiyi, ancaq təsisatçının polisə verdiyi ifadəsində Hassa bin Salmanın hadisə əsnasında onun haqqında "Bu iti öldürmək lazımdır, yaşamağa layiq deyil" sözlərini dediyini qeyd edib. Müxalifət.az