​Səudiyyə Ərəbistanında qəribə qadağa: Konsertdə rəqs etmək yasaqdır

Baxış sayı:
1465

Məşhur misirli müğənni Tamər Hosni Səudiyyə Ərəbistanında ilk dəfə konsert verəcək.
Muxalifet.az xəbər verir ki, konsert üçün satışı çıxarılan biletlər 1.5 saata tamamilə tükənib.
Ancaq konsertlə bağlı maraqlı məqam üzə çıxıb. Belə ki, bütün biletlərə “Konsertdə rəqs etmək qadağandır” xəbərdarlığı yazılıb.
30 martda baş tutacaq konsertə altı min bilet satılıb.
Konserti qadınların və kişilərin bərabər izləməsi də yasaqdır. Onlar müğənninin performasını xüsusi ayrılmış yerlərdə izləyə biləcəklər.