Səudiyyə Ərəbistanında qadınların hərbidə xidmət etməsinə İCAZƏ VERİLDİ

Baxış sayı:
8881

Səudiyyə Ərəbistanı rəhbərliyi ölkənin qadın vətəndaşlarının hərbi qüvvələrdə xidmət etməsinə icazə verib.
Hurriyyet.org-un Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bu haqda “Pakistan Today” qəzeti bildirib. Lakin qadınların necə hərbi xidmət keçəcəyi, əsgər olub-olmayacaqları tam aydın deyil. Məlumata görə, bu hüquqdan yalnız 25-35 yaşlar arasında orta məktəb attestatı almış xanımlar istifadə edə biləcək. Bununla yanaşı, hərbçi olmaq istəyən qadınlar vakant yerlərə ancaq Ər-Riyad, Məkkə, Mədinə və Əl Qasım şəhərləriə ərizə verə bilərlər.