Səudiyyə Ərəbistanında İBLİSANƏ TƏKLİF - MƏSCİDLƏRƏ VƏ AZANLARA QARŞI ÇIXDILAR

Baxış sayı:
3889

Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanında bir televiziya kanalında çıxış edən jurnalist Məhəmməd əl Suheymi ölkədə azan səslərinin yavaşıldılasını və məscidlərinin sayının azaldılmasını tələb edib.
Hazırda ölkədə “mülayim islam” adı ilə bir çox dəyişikliklər baş verməkdə, müəyyən demokratik addımlar atılmaqdadır. Lakin son səsləndirilən tələb qəribəliyi ilə diqqəti cəlb edib.
MBC televiziyasında çıxış edən səudiyyəli jurnalist Məhəmməd əl Suheymi bir neçə dəqiqəlik çıxışında islama qarşı aqressiyasını gizlədə bilməyib. Ölkədəki azan səslərinin yavaşıdılmasını, mikrafon ilə azan oxunulmasının qadağan edilməsi üçün fətva verilməsini tələb edib. Hələ bu azmış kimi, azan səsinin qorxunc olduğunu söyləyib. Bununla da kifayətlənməyib, ölkədəki məscidlərin sayının çox olduğunu hesab elədiyini deyib, bu məscidlərin bir qisminin məhv edilməsi, saylarının azaldılması lazım olduğu ilə bağlı çağırış edib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman son dövrdə “mülayim islam” devizi altında ölkəsində bir sıra dəyişikliklər həyata keçirir. Hətta, İsrailin ana müxalifət partiyasının lideri İshak Herzoq Ərəbistanının mərkəzi Londonda yerləşən “İlaf” qəzetinə müsahibəsində “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ən böyük inqilabçılardan biridir” demişdi./Hurriyyet/