Səudiyyə Ərəbistanı QAPILARI AÇDI

Səudiyyə Ərəbistanının 3 il fasilədən sonra Yəmənlilərin ümrə ibadətlərini yerinə yetirmələri üçün ölkəyə girişinə icazə verib.
Yəmənin fondlar və irşad naziri Əhməd Atıyyə, etdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistanının bu ildən etibarən Yəmənlilər üçün ümrə yolunun açılmasını təsdiq edən bir kral fərmanının çıxdığını bildirib.
Ümrə üçün Səudiyyə Ərəbistanına girişlərin, Husi üsyançılarının Yəmənlilər əleyhinə ölkədə başladığı qarşıdurmalar səbəbiylə 3 il əvvəl dayandırıldığını xatırladan Atıyyə, sözügedən razılığın nazirliyin uzun müddət səylərindən sonra verildiyini vurğulayıb.
Qeyd edək ki, siyasi qeyri-sabitliyin uzun müddətdir davam etdiyi Yəməndə hakimiyyəti ələ keçirmək istəyən Husilər, 2014-dən bu yana paytaxt Sana başda olmaqla, bəzi bölgələri nəzarətində saxlayır. Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri, 2015-ciil mart ayında başlanılan "Qətiyyət Fırtınası Əməliyyatı" çərçivəsində qanuni hakimiyyətə sadiq qüvvələrə dəstək verir.
Müxalifət.az