Səudiyyə kralının çıxışındakı böyük səhv

Baxış sayı:
3757

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Avropa Birliyi (AB) –Ərəb Birliyi sammitində Fələstin məsələsinə dair  münasibət bildirərkən Fələstin məsələsinə mövqelərinin dəyişməz olduğunu bildirib.
 
Salman, "Paytaxtı Şərq Qüds olan 1937-ci il sərhədlərində müstəqil bir Fələstin dövlətinin qurulması başda olmaqla, Fələstin xalqının bütün qanuni hüquqlarının geri verilməsi mövzusundakı dəyişməz siyasətimizi təkrar vurğulayırıq" deyib.
Kral Salman bin Əbdüləzizin önündəki yazılı mətnə ​​bağlı çıxışında "1967-ci il sərhədləri" yerinə "1937-ci il sərhədləri" ifadəsini istifadə etməsi diqqətlərdən yayınmayıb.
Mövzuyla əlaqəli Səudiyyə Ərəbistanı və ya İsrailli səlahiyyətlilər tərəfindən hər hansı bir açıqlama verilməyib.
Müxalifət.az