Sudandakı qətliamın arxasındakı görünməz üçlü şəbəkə

Baxış sayı:
5284

Sudanda demokratiya keşiyi çəkən xalqa yönəlik qırğını Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri və Misir rəhbərlikləri planlayıb.
 
30 illik Ömər əl-Bəşir hakimiyyətinə son verən hərbi çevrilişdən sonra mülki idarəetmə tələb edən nümayişçiləri hədəf alan qırğın siyasətinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) və Misirin təvsiyəsi və təsdiqiylə reallaşdığı ortaya çıxıb. London mərkəzli “The Middle East Eye” (MEE) internet saytı çevrilişdən sonra qurulan Hərbi Keçid Şurasının başçısı Abdulfettah el-Burhanın keçən ay bu üç ölkənin paytaxtı Riyad, Abu Dabi və Qahirəni əhatə edən səfəri əsnasında üç ölkədən də Müdafiə Nazirliyi qarşısında etiraz aksiyalarına davam edən nümayişçilərə güc istifadə edərək dağıtmaq yönündə "yaşıl işıq" yandırıldığını yazıb. Dinc əhaliyə atəş açıqlama qərarında Riyad və Abu Dabinin daha təsirli olduğu ifadə edilib.
“MEE” saytına adının çəkilməsini istəməyən bir ekspert Hartumdakı aktivistlərin düşərgəsini dağıtmağa yönəlik planlaşdırmanın el-Burhanın üç ölkə lideriylə etdiyi görüşmələrdə öndə gələn maddələrindən biri olduğunu ifadə edərək "Əgər regional müttəfiqlərindən bu istiqamətdə bir təsdiq almasaydı, beləsi bir qırğına el Burhan imza atmağa cəsarət edə bilməzdi" deyib.
 
Müxalifətdən təpki
 
Çərşənbə axşamı günü ölkədə mülki idarəetməyə keçidi müdafiə edən müxalifət də ad vermədən bəzi ərəb ölkələrini öz mənfəətlərini qorumaq məqsədiylə ccHərbi Keçid Şurasına dəstək vermək və Sudanın daxili işlərinə qarışmaqla günahlandırmışdı.
 
ABŞ-dan Riyada təlqin
 
Xəbərdə, ABŞ-dan üst səviyyə bir rəsminin Sudanda aktivistlərə yönəlik sərt müdaxiləyə və mülki idarəetməyə keçidin əhəmiyyətilə bağlı Səudiyyə Müdafiə nazirinin müavini şahzadə Xalid bin Salmana zəng etməsi də, Səudiyyənin Sudandakı qətliam hadisələrinə təsirinə dair əhəmiyyətli bir dəlili ortaya çıxarıb.
Müxalifət.az