Suallarınıza cavablar tapa biləcəyiniz gün yaxınlaşır

Baxış sayı:
2165

Səhvlərimizlə beynimiz arasında nə əlaqə var? Niyə insan xurafata meylli olur? Hislər düşüncələrə necə təsir edir? İQ və EQ nədir? Bir kainat necə inşa edilə bilər? Biz kainatın harasındayıq? Kvant fizikasının yaranması və inkişafı necədir? Kvant fizikası nəyi araşdırır?
Bu və digər suallar sizi də düşündürür? Azərbaycanda bir ilk: elmi-kütləvi konferans baş tutacaq!
İyun ayının 2-də , saat 11:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Kainat, Kvant və Beyin” adlı elmi-kütləvi konferans baş tutacaq. “Elm Azərbaycan” və “Kvant Dünyası” elmi platformalarının təşəbbüsü, Akademik Milli Dram Teatrı, “ORKHANWAY Coaching” və “Astronomy Club”-un dəstəyi ilə 550 nəfərlik elmi konfransdır bu. Konfrans zamanı hər kəsi maraqlandıracaq üç əhəmiyyətli mövzu - "Kainat", "Kvant Fizikası" və "Beyin" barədə çıxışlar olacaq.
Konferansda astronom, elmi tədqiqatçı Orxan Əhməd, fizik, elektrik mühəndisi Sadiq Şamilov, araşdırmaçı, neyromarketinq mütəxəssisi, TEDX spikeri Orxan Şahbaz çıxış edəcəklər. Qatılmaq istəyənlər feysbukda yaradılmış Kainat-Kvant-Beyin tədbirinə qoşula bilərlər.
Daha ətraflı məlumat almaq və digər müraciətlər üçün:
Tel/vatsap:
(055) 569 89 33
(051) 688 85 59
(055) 227 61 18

E-mail: elmazerbaycan@gmail.com