​Səsverməyə çata bilmədi, ağladı və... - Türkiyədə qəribə HADİSƏ

Baxış sayı:
5077

Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda səsvermədə iştirak etmək istəyən bir qadın huşunu itirib. Muxalifet.az xəbər verir ki, sözügedən qadın səsvermə prosesi başa çatdıqdan sonra seçkiyə özünü çatdıra bilib və səsvermə hüququndan istifadə edə bilməyib. Səsverməyə çata bilməyən qadın pilləkənlərdə oturaraq ağlamağa başlayıb, daha sonra huşunu itirib. Ona seçki komissiyası üzvləri yardım edib.