Sərkisyanı daha bir deputat tərk etdi - İstefa
4-06-2018 23:52
Baxış sayı:
8425

Deputat Feliks Çolakyan Respublika Partiyasının parlament fraksiyasından istefa verib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı o, bəyanat da yayıb.
“RP fraksiyasını tərk etdiyimi bəyan edirəm. Hamı bilir ki, mən heç bir partiyanın üzvü olmamışam. Ancaq 1 mayda baş nazir seçkisi ilə bağlı səsvermədən sonra faktiki olaraq RP ilə əməkdaşlığı dayandırmışam. Mən müstəqil deputat kimi fəaliyyətimi davam etdirəcəyəm", - bəyanatda bildirilib.
Bundan öncə mediada F.Çolakyanın RP-nin mövqeyinə zidd olaraq Paşinyanın baş nazir seçilməsinə səs verdiyi bildirilmişdi.
Qeyd edək ki, 29 mayda erməni deputat Artur Gevorqyan Respublikaçılar Partiyasından istefa vermişdi.