​Sosial şəbəkələrdə əylənmək əvəzinə bunu edin – Millət vəkili

Baxış sayı:
3700

Masallı kəndlərində tariximizin, mədəniyyətimzin və Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu adlı tədbir və ziyalılarla gənclərin görüşləri keçirilib.
Muxalifet.az axar.aza istinadən xəbər verir ki, tədbirdə təşkilatın rəhbəri Arzu Bağırova, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, İLESAM-ın Azərbaycan təmsilçisi, Yazıçılar Birliyinin üzvü, şair Xəyal Rza və digərləri iştirak edib.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə “Tariximizin, mədəniyyətimzin və Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu” adlı tədbirdə gənclərin ziyalılarla görüşü təşkil olunub.
Millət vəkili Qənirə Paşayeva Masallı kəndlərində gənclərə Qarabağ həqiqətlərinin təbliği ilə bağlı çağırış edib:
“Ölkəmizin gələcəyi sizin əlinizdədir və siz hamınız tariximizi, həqiqətlərimizi əzbər bilməlisiniz. Hər bir Azərbaycan gənci tariximizi yaxşı bilməlidir”.
Millət vəkili bu mövzuda məktəbin və müəllimlərin üzərinə düşən vəzifələrdən də söz açıb:
“Sosial şəbəkələrdə keçirdiyiniz zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kampaniyalarına qarşı mübarizəyə sərf etməlisiniz. Qarabağ həqiqətlərinin daha geniş yayılmasında gənclərimiz daha da fəal olmalıdırlar və erməni yalanları ilə aktiv mübarizə aparmalıdırlar”.