Soros Moskvanı Roma ilə düşmən etmək istəyir - Rusiya
15-06-2018 22:34
Baxış sayı:
1438

Rusiya hakimiyyətinin İtaliyanın Şimal Liqası Partiyası ilə əlaqələri haqqında deyilənlər yalandır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Diqqətinizə çatdırmaq istəyirəm ki, bu məsələ Appenin yarımadasından kənarda olan qüvvələr tərəfindən daha dəqiq desək cənab Soros tərəfindən dövriyyəyə buraxılıb. Bu şəxsin adı çoxdan beynəlxalq skandal və provokasiyalarla yanaşı çəkilir. Bu, növbəti yalandır. Görünür onun hədəfi yenidən Avropanın Moskvanın uzun əlləri mifiylə qorxutmaq, Rusiya-İtaliya dostluq münasibətlərini dağıtmaqdır” – deyə o bildirib.