​SON DƏQİQƏ: "Sədərək"də GÜCLÜ YANĞIN - 7 FHN əməkdaşı...

Baxış sayı:
4731

Sədərək Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 7 nəfər əməkdaşı tüstüdən zəhərlənmə ilə Taksikologiyaya yerləşdirilib.

***
18:17

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​