SON DƏQİQƏ: Əsəd türk ordusuna HÜCUM ETDİ

Baxış sayı:
8488

Türkiyənin Milli Müdafiə Nazirliyi Əsəd hərbi qruplaşmasının “İdlib Gərginliyi Azaltma Bölgəsi”ndəki 10 nömrəli Müşahidə Məntəqəsini bombaladığını bəyan edib. MSB verdiyi yazılı açıqlamada, "Suriya rejim güclərinin “İdlib Gərginliyi Azaltma Bölgəsi”ndə nəzarət etdiyi As Shariah bölgəsindən 3 kilometr uzaqlıqdakı Zawiyah dağı bölgəsində yerləşən 10 nömrəli Müşahidə Məntəqəmizə qəsd kimi qiymətləndirilən 35 top atışı ilə bir hücum reallaşdırılmışdır. Edilən artilleriya hücumunda üç qəhrəman silah yoldaşımız yüngül şəkildə yaralanmış, bölgəmizdə yer alan təsis, təhcizat və vəsaitlərdən bir qisimi qismən ziyan görmüşdür. Yaralı əsgərlərin müalicələri davam etməkdədir. Hücumla əlaqədar olaraq Rusiya nəzdində lazımlı cəhdlər olunmuşdur". Müxalifət.az