SON DƏQİQƏ: Rusiya Ukraynanın 7 gəmisini ələ keçirdi
9-07-2018 13:52
Baxış sayı:
6598

Rusiya FTX-nin Sərhəd Xidməti Ukraynanın Berdyansk və Mariupol limanlarına gedən 7 gəmini Azov dənizində ələ keçirib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı öz Feysbuk səhifəsində ukraynalı aktivist Andrey Klimenko paylaşıb. O, 6 gəminin 8 iyulda, 1-nin isə ayın 9-da gecə saatlarında ələ keçirildiyini bildirib.
Klimenko Ukrayna hökumətini Rusiyanın addımlarına qarşı heç bir cavab verməməkdə ittiham edib.
Qeyd edək ki, bundan öncə Kiyev Azov dənizində Rusiyaya uduzduğunu və buradakı maraqlarını müdafiə edə bilmədiyini açıqlayıb.