SON DƏQİQƏ: Ramzan Kadirovun evinə silahlı hücum!

Baxış sayı:
14608

Çeçenistanın dövlət başçısı Ramzan Kadirovun evinə silahlı hücum təşkil edilib.
 
Çeçenistanın Rusiya yanlısı siyasətləriylə diqqət çəkən lideri Ramzan Kadirovun paytaxt Grozniıə olan evinə silahlı hücuma cəhdi edilib. Axşam saatlarında Kadirovun Lorsanov küçəsindəki evinə bir adam hücum reallaşdırıb. Kirayəyə götürdüyü avtomobillə birlikdə küçəyə sürətlə daxil olan bir şəxs Kadırovun evinin qapısında olan təhlükəsizlik əməkdaşlarına atəş açmağa başlayıb. Hücum nəticəsində 2 təhlükəsizlik işçisi yaralanıb. Bundan sonra bütün təhlükəsizlik qrupları ilə təcavüzkar arasında avtomobil qovğası başlayıb.
Çeçen liderin təhlükəsizlik əməkdaşlarıyla təcavüzkar arasında baş verən silahlı qarşıdurmada təcavüzkar öldürülüb. Çeçenistan mətbuatı hadisə ilə əlaqədar Çeçenistan Daxili İşlər Nazirliyindən hər hansı bir açıqlama verilmədiyini, ayrıca Çeçenistan lideri Kadirovun sözçülərinin də mövzuyla əlaqədar mətbuata məlumat verməkdən qaçındıqlarını yazıb.
Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırov Rusiya yanlısı siyasətləriylə diqqət çəkərkən, kəskin çıxışlarıyla da tənqidlərin hədəfi halına gəlir. Kadırov son olaraq Gürcüstanda yaşanan hadisə ilə əlaqədar Gürcüstanı təhdid etmişdi.
Müxalifət.az