SON DƏQİQƏ: Polis 3 yaşlı Zəhranı oğurlayan şəxsi yaxaladı - YENİLƏNDİ

Baxış sayı:
2233

Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub.

"Report"un məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.

***
Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə tapılıb.

Bu barədə "Report"a Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən məlumat verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.