SON DƏQİQƏ: Paşinyan Putinlə Qarabağ mövzusunda Ermənistanın xeyrinəmi razılığa gəlib? - GÖRÜŞ
21-05-2018 21:25
Baxış sayı:
13123
Ermənistanın baş naziri Nikol Paşinyan 14 mayda Soçiyə səfəri zamanı Rusiya Federasiyası prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edib.
Muxalifet.az bildirir ki, erməni baş nazir bunu jurnalistlərlə görüşündə deyib.
N.Paşinyanın sözlərinə görə, bu yaxınlardakı Soçi sammiti çərçivəsində keçirilən bütün görüşlər çox yüksək səviyyəsi ilə fərqlənib.
“Qarabağ məsələsi müzakirə edilibmi” sualına cavabında Paşinyan deyib: "Bəli... Bütün məsələlər üzrə müzakirə edilib".