SON DƏQİQƏ: əməliyyatların 6-cı günündə şok görüntülər yayıldı, YPG tuneldən havaya uçdu... - VİDEO / YENİLƏNİR

Baxış sayı:
8140

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fəratın şərqini terrorçulardan təmizləmək məqsədi ilə təşkil edilən “Sülh çeşməsi” hərəkatı 6-cı günündə davam edir.

Tuneldən silah-sursatları avtomobilə yükləyən YPG terrorçuları Pilotsuz Uçuş Aparatları ilə təsbit edilib və Hərbi Hava Qüvvələri tərəfindən göyə uçurdulub.

Türkiyə Milli Müdafiə Nazirliyi olayın görüntülərini sosial media hesablarından yayımlayıb.

***

11:06

Fəratın şərqini terror ünsürlərindən təmizləmək üçün təşkil edilən “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu Rəsulaynın nəzarətini ələ keçirmişdi.

Şəhərin mərkəzindən terrorçuların arxalarına baxmadan qaçdıqları anlar kameralarda əksini tapıb.

***

09:45

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalındakı terror ünsürlərinə qarşı birgə təşkil etdiyi “Sülh çeşməsi” hərəkatı 6-cı günündə davam edir.

Yerli vaxtla saat 07:48 etibarilə hərəkat çərçivəsində zərərsizləşdirilən PKK/PYD-YPG terrorçularının sayı 550-yə çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb. Nazirliyin tvitter səhifəsindən verilən açıqlamada hərəkatın plana uyğun şəkildə uğurla davam etdirildiyi bildirilib.

NTV telekanalının bölgəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Suriyada Ayn əl-Ərəbin (Kobani) cənubundakı ABŞ-a aid müşahidə məntəqələri boşaldılıb. Türkiyə Silahlı Qüvvələrinə aid 30 tank və təxminən, 700 türk əsgəri ilə “Sülh çeşməsi” hərəkatı çərçivəsində Cerablusdan Fərat çayının üzərində qurduqları körpü ilə tankları Zormağara bölgəsinə keçirib. Hazırda Kobaniyə doğru irəliləyən TSQ Münbiçin şərqini atəşə tutub.//publika