SON DƏQİQƏ: Cümə namazı zamanı DƏHŞƏTLİ PARTLAYIŞ - ölü və yaralılar var
24-05-2019 14:31
Baxış sayı:
9391

Pakistanda cümə namazı zamanı müsəlmanlara hücum aktı qeydə alınıb.
Bəlucistan əyalətinin paytaxtı Quetta şəhərindəki Pəştunabad bölgəsində yerləşən Rəhmanya məscidində partlayış meydana gəlib.
Hadisə zamanı 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Partlayışın səbəbi hələ ki, açıqlanmayıb./Publik