SON DƏQİQƏ: Bakıda Penitensiar Xidmətin binası yanır - YENİLƏNDİ
20-02-2018 18:12
Baxış sayı:
4999

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, yanğın söndürmək üçün briqadalar hadisə yerindədir:
“Yanğının söndürülməsi istiqamətində iş aparılır. Yanğın nəticəsində xəsarət alanların olub-olmaması və yanğının baş vermə səbəbi ilə bağlı hələ ki, heç bir məlumat yoxdur”.
***
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.
APA-nın xəbərinə görə, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.