​SON DƏQİQƏ: Azərbaycanda polis həmkarını GÜLLƏLƏDİ

Baxış sayı:
15985

Tərtər rayonunda ehtiyatsızlıqdan polis əməkdaşı iş yoldaşını silahla vurub.
Muxalifet.az bildirir ki, hadisə zamanı 1996 cı il təvəllüdlü polis çavuşu Bəyoğlan Xıdırlı ayaq nahiyyəsindən güllə yarası alıb.
Polis əməkdaşı xəstəxanaya çatdırılaraq əməliyyat edilib. İlkin məlumatlara görə yaralanan şəxs ilan tutmaq istəyirmiş. Polis həmkarı isə ilana atəş açarkən yoldaşına dəyib. Faktla bağlı araşdırma aparılır. /baku.ws