ŞOK: Qırmızı Beretlilər QƏNDİLƏ İRƏLİLƏYİR - PKK bitirilir!

Baxış sayı:
5458

PKK-ya qarşı əməliyyatda Qəndilin mərkəzinə 73 kilometrə qədər irəliləyən TSQ-nin hədəfində yeddi təlim və maddi-texniki bazası yerləşir. TSQ-nin əməliyyat sahəsi içində yer alan bölgənin bəzi mövqeləri ilə iki mühüm nöqtəsi isə İranın nəzarətindədir.
 
Türk Silahlı Qüvvələrinin (TSQ) Şimali İraq ərazisindəki PKK hədəflərinə qarşı başlatdığı hava dəstəkli quru əməliyyatları davam edərkən, xüsusi təyinatlı əməliyyat qrupları isə regionda addım-addım irəliləyir. Hərəkat, Hakkarinin Kiçik Çuxur rayonunun yaxınlığındakı Barzan ilə Ərbilin Soruşan rayonuna bağlı Bradost bölgələrində intensivləşir. Şemdinli sərhədindən Qəndilə uzanan ərazini nəzarət altına almaq məqsədilə gedən TSQ-nin əməliyyat birlikləri, 27 kilometrlik sahədə nəzarəti təmin edib.
Bradost bölgəsi sərhədləri içində olan TSQ, hakim təpələrdə səyyar məntəqələr və mövqelər yaradıb. Strateji Abdulkuvi Dağındakı bir təpə də dünən ələ keçirilib.

Müxalifət.az