​ŞOK İDDİA: Siyavuş Novruzov nazir postuna gətirilir

Baxış sayı:
8653

YAP-çı deputat mərhum Yavər Camalovun yerinə iddialıdır
 
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Yavər Camalov dünyasını dəyişdiyindən, yaxın vaxtlarda bu nazirliyə yeni rəhbər təyin olunması gözlənilir. Muxalifet.az etibarlı mənbələrə istinadən xəbər verir ki, hazırda bu vəzifəyə bir neçə iddialı var. Bu iddialılar arasında, xüsusən də bir isim daha çox diqqəti cəlb edir.
Mənbənin sözlərinə görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov nazir postu üçün öz deputat mandatından imtina etməyə hazırdır. Bildirilir ki, S.Novruzov bütün imkanlarını səfərbər edərək Müdafiə Sənayesi naziri postuna sahib olmağa çalışır. Hətta yaxın ətrafında onun tezliklə nazir vəzifəsinə təyin olunacağı bildirilir…
Xatrıladaq ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin keçmiş rəhbəri Y.Camalov 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, iyunun 24-də son mənzilə yola salınıb.
 
Muxalifet.az