ŞOK İDDİA: "HDP-nin həmsədri Dəmirtaşın QARDAŞI ÖLDÜRÜLÜB”

Baxış sayı:
3598

HDP-nin həmsədri Selahattin Dəmirtaşın böyük qardaşı PKK-lı terrorçu Nurəddin Dəmirtaşın öldürüldüyü iddia edilib.
 
HDP-nin həmsədri Selahattin Dəmirtaşın böyük qardaşı PKK-lı terrorçu Nurəddin Dəmirtaşın öldürüldüyü xəbəri gündəmə bomba kimi düşüb. İraqda Məsud Bərzani rəhbərliyindəki Kürdüstan Demokrat Partiyasına (KDP) yaxın mənbələr, TSQ-nin Qəndil hərəkatında Nurəddin Dəmirtaşın öldürüldüyünü açıqlayıb. Dəmirtaşın ölümü ilə bağlı terror təşkilatının psixoloji çöküş yaşayacağı əndişəsi ilə PKK mediası Nurəddin Demirtaşın ölmədiyi təbliğatını aparır.
 
SELAHATTİN DƏMİRTAŞ: ƏRBİLDƏ YAŞAYIR
 
Qeyd edək ki, Selahattin Dəmirtaş qardaşı ilə bağlı bir suala, "Universitetdə tələbə ikən həbsə girdi, ömrünün yarısını həbsxanalarında keçirib. Burada bir daha illərini həbsxanalarda keçirməsini istəmədik deyə, bu an Ərbildə yaşayır" cavabını vermişdi.

Müxalifət.az