ŞOK GƏLİŞMƏ: Pentaqon "Türkiyə ilə müharibə" qanununa "hə" dedi

Baxış sayı:
3481

Türkiyənin Şərqi Aralıq dənizindəki son fəaliyyəti, Rusiyadan S-400 alınmasına və “Türk axını” qaz kəməri sazişinə görə ABŞ prezidenti Tramp mahiyyət etibarilə Türkiyəyə müharibə elan edən qanunu imzaladı. Sənəd Amerikanın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qanunu (CAATSA) çərçivəsində ölkəyə qarşı hər cür əsassız sanksiyaların tətbiq edilməsinin zəruriliyini, F-35 qırıcılarının tədarükünün dayandırılmasını nəzərdə tutur və bu günə qədər Türkiyənin əslində aldığı dörd təyyarəyə üçün ehtiyat hissələrinin verilməsini də qadağan edir. Türkiyənin Şərqi Aralıq dənizindəki bütün uğurlarını sıfıra endirməyə yönəlmiş Pentaqonun büdcəsi müharibə qərargahı kimi Yunanıstan, İsrail və Yunan Kiprini maliyyələşdirəcəkdir. Müharibə haqqında bu qanun hər baxımdan göstərir ki, bundan sonra ABŞ-ın Şərqi Aralıq dənizində əsas strategiyası xaosun daha da dərinləşməsi üzərində qurulacaqdır. Bununla əlaqədar, 1987-ci ildən bu yana Yunan Kiprinə qarşı tətbiq olunan 32 illik silah embarqosu qaldırıldı və “Şərqi Aralıq dənizində təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq haqqında” qanun rəsmi olaraq qüvvəyə minir. Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün Cənub dəhlizi və Trans-Adriatik qaz kəməri kimi infrastrukturun qurulmasına yönəlmiş yeni bir qanuna əsasən, ABŞ rəhbərliyi Yunanıstan, Yunan Kipri və İsrail hökumətləri ilə birlikdə "enerji mərkəzi" yaradır. Çünki, enerji müharibəsinin mərkəzinə çevriləcək bu qurum üçün Pentaqonun büdcəsindən təqribən 31,2 milyard dollar ayrıldığını görürük. Qanunda diqqəti cəlb edən başqa bir detal: Aralıq dənizi, Egey və Yaxın Şərqdə "birtərəfli qaydada, beynəlxalq hüququn və mehriban qonşuluq münasibətlərinin pozulmasına" qarşı bir etiraz ifadə edildi və burada Liviya ilə imzalanan saziş hədəfə götürüldü. Bundan əlavə Yunanıstana 3 milyon dollar və Yunan Kiprinə 2 milyon dollar vəd edən ABŞ, Yunanıstanın, Cənubi Kipr administrasiyasının qeyri-qanuni xüsusi iqtisadi zonalarının və Yunanıstanın hava məkanının patronu olduqlarını da bəyan etdi. ABŞ-ın bütün bu himayəsinə Yunan Kiprindən etdiyi yeganə tələb, Rusiya hərbi gəmilərinin xidmət və yanacaq doldurma üçün adaların limanlarına girməsinin qarşısını almaqdır. Bununla belə, Pentaqonun hərbi büdcəsindəki ən təhlükəli maddə 71,5 milyard dollar təşkil edən “mümkün xarici əməliyyatlar” fondudur. Bu fond Türkiyə kimi hədəf ölkələrdə çevrilişlər, xaos, küçə iğtişaşları, iqtisadi və media sektorlarında manipulyasiya üçün maliyyənin təmin edilməsi deməkdir. Ancaq Türkiyə kiminsə on min kilometrdən çox yol qət edərək “Mavi Vətəni” işğal etməyə çalışdığına passiv şəkildə yanaşmayacaq. Beləliklə, Türkiyə Liviya ilə saziş bağlamaqla Şərqi Aralıq dənizi və Şimali Afrikanın enerji geosiyasətində Atlantik mühasirəsini dağıtdı və yeni Sevr müqaviləsinin Türkiyəyə sırınması üçün qurulan tələləri məhv etdi. Bu hərəkətlə Türkiyə bölgədə sıçrayış etdi. Dünya gördü ki, Şərqi Aralıq dənizində, Suriyadakı kimi, Türkiyədən də "yan keçərək" hərəkət etmək olmaz. Buna görə Pentaqonun Türkiyəni hədəfə götürən hərbi büdcə layihəsi ABŞ-ı bumeranq kimi vuracaq. inosmi.ru Tərcümə Muxalifet.az-ındır.