​Sobçak uduzdu, taksist işləyəcəkdim və birdən… - PUTİN

Baxış sayı:
3427

1996-cı ildə Moskvaya gəlməzdən əvvəl heç yerdə işləmirdim. Muxalifət.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Andrey Kondraşovun “Putin” filmində çıxışı zamanı deyib. “Sankt-Peterburqun o zamankı rəhbəri Anatoli Sobçakın qubernator seçkisində məğlubiyyətindən sonra Moskvaya gəlmək qərarı verdim. O zaman mənim başqa seçimim yox idi. Nə etməliydim? Əslində, mən hətta Moskvaya gəlməzdən əvvəl o zaman taksist işləməyi belə düşünürdüm. Zarafat etmirəm, ciddi deyirəm. Rusiya prezidentinin İşlər İdarəsinin rəhbəri Pavel Borodin mənə Moskvaya gəlib, İşlər İdarəsində hüquq məsələləri ilə məşğul olmağı təklif edəndə razılaşdım. Borodinə bu təklifinə görə minnətdaram. Mənim arzum Peterburqdan heç yana getməmək idi, amma işlər belə gətirdi”, – deyə o bildirib.