Skandinaviyadan Suriyaya DÖYÜŞMƏYƏ GƏLMİŞLƏR

Baxış sayı:
6547

Suriyadan gələn son fotoşəkillərə görə, Rusiya və Əsəd qüvvələrinin komandanlığı altında Skandinaviyadan gələn döyüşçülər də var.
 
Rusiyaya yaxın hərbi analiz saytı “Southfront”-da yer alan xəbərə görə, Skandinaviyadan gələn macəraçılar və muzdlu əsgərlər də artıq Suriyada vuruşur. Terror təşkilatı İŞİD-ə qarşı mübarizə məqsədilə Suriyaya gəldiklərini deyən bu şəxslər, Rus Silahlı Qüvvələri ilə yanaşı, Əsəd tərəfdarı olan əsgərlər və milislərdən də əmr aldıqlarını etiraf ediblər.
Milliyyət qəzetinin yazdığına görə, aralarında ən çox Norveç, İsveç və İslandiyadan gələnlərin olduğunu qeyd edən Skandinaviyalılar, tank və ağır silahların da istifadə olunduğunu söyləyib. Skandinaviya Nasist yönümlü saytlar da Skandinaviyadan Suriyaya gedərək döyüşən bu adamlardan təriflə bəhs edir.
Müxalifət.az