Siyasilər Vidadi İsgəndərlinin çıxışına SƏRT REAKSİYA VERDİ - “Fransa üçün vuruşmağa hazır olan...”

Baxış sayı:
26353

Fransada yaşayan Vidadi İsgəndərli videoçıxışında deyib ki, "mən bu gün Fransa ordusunun əsgəri olub Fransanı qorumağa hazıram, amma sabah İlham Əliyev Qarabağ müharibəsi elan etsə, mən əlimdə avtomat Qarabağa yox, İlham Əliyevin üzərinə gedəcəyəm".

Vidadi İsgəndərlinin bu fikirləri Azərbaycan cəmiyyətində narazılıqla qarşılanıb. Sosial şəbəkədə onu hətta vətən xaini adlandıranlar da var.

Hakimiyyətə qarşı müxalifətdə olan siyasi qüvvələr belə, bildirirlər ki, Vidadi İsgəndərli hakimiyyəti özünə siyasi düşmən saysa belə, əldə silah torpaqlarımızı işğal edən milli düşmənə-erməniyə qarşı döyüşmək lazımdır, siyasi düşmən etdiyin qüvvəyə qarşı isə silahla mübarizə aparılmamalıdır, mübarizə sivil siyasi mübarizə olmalıdır.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev bu barədə “Yeni Müsavat”a bildirib ki, Vidadi İsgəndərlinin mövqeyini bölüşmür, düzgün saymır: “Onun fikirlərini şərh etmək istəmirəm. Hesab edirəm ki, siyasi mübarizədə heç kəs, yaxud tərəf əxlaqa və qanuna zidd vasitələrdən istifadə etməməlidir. Silah isə torpağımızı işğal edənlərə qarşı çevrilməlidir. Bu mənim mövqeyimdir”.

Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı da bildirib ki, Vidadi İsgəndərli və ya Avropadakı başqa hər hansı bir şəxsin fikirlərini geniş şərh etmək istəmir. Silahı millətimizə düşmən kəsilən işğalçı ermənilərə yönəltmək lazımdır: “Vidadi İsgəndərli güman edirəm ki, nə dediyini bilir və dediklərinin yaratdığı mənəvi və hüquqi məsuliyyətdən xəbərdardır. Mənim bir siyasətçi, partiya rəhbəri və nəhayət, sadə vətəndaş kimi bu məsələdə mövqeyim birmənalı olaraq birdir. Bu da ondan ibarətdir ki, Qarabağ məsələsində mənim üçün heç bir partiya, iqtidar, müxalifət, siyasi, iqtisadi maraq yoxdur. Məncə, hər bir Azərbaycan vətəndaşı üçün də belə olmalıdır. Mənim üçün və AĞ Partiya  üçün Qarabağın azadlığı uğrunda Azərbaycan xalqı və işğalçı düşmən var.  Mən kimin hakimiyyətdə olmasından asılı olmayaraq əlində silah sıravi əsgər kimi torpaqlarımızın azadlığı uğrunda ölməyə və öldürməyə hazıram. 

Bizim bugünkü iqtidara qarşı mübarizə metodumuz isə aydındır. Biz istənilən silahlı və qanundankənar metodlarla hakimiyyətə qarşı mübarizənin əleyhinəyik. Biz Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları çərçivəsində öz müxaliflik fəaliyyətimizi davam etdiririk və bu sona qədər də belə olacaq. AĞ Partiya hakimiyyət uğrunda sona qədər mübarizə aparacaq, ancaq bu o demək deyil ki, biz hakimiyyətə gəlmək üçün hər yolu məqbul hesab edirik. Bizim üçün ilk növbədə dövlətimizin və xalqımızın milli maraqları öndə gəlir. Zatən AĞ Partiya hakimiyyəti xalqa və millətə xidmət etmək üçün bir vasitə gördüyü üçün bu uğurda siyasi mübarizə aparır. Yoxsa ki, biz bəziləri kimi şəxsi maraqlarımız naminə mübarizə aparmamışıq və bundan sonra da aparmayacağıq".

Əhməd Oruc ile ilgili görsel sonucu

Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, silahlı mübarizəni hər kəs torpaqlarımızı işğal edən Ermənistana, ermənilərə qarşı aparmalıdır. Çünki bu məsələ milli məsələdir: “Xalq bütünlüklə, eləcə də hər bir fərd öz hakimiyyəti ilə birlikdə ərazisini işğal etmiş, 10 minlərlə övladını qətlə yetirmiş, 10 minləri şikəst etmiş, yüz minləri öz yurd-yuvasından didərgin salmış, malını-mülkünü talamış, yandırmış, dağıtmış, 20 faiz ərazisini işğal etmiş düşmənə qarşı döyüşməlidir. Bu müharibəni, döyüşü hakimiyyət komadası xalqla birlikdə aparmalıdır”.