Şəhərdə qanunsuz gəzdirilən aqressiv itlər – sahiblərini hansı cəza gözləyir?
19-06-2018 14:19
Baxış sayı:
5860

Son vaxtlar paytaxt Bakıda ev heyvanları, xüsusən də it gəzdirənlərin sayı xeyli artıb. Havaların istiləşməsi ilə əlaqədar olaraq sahibləri tez-tez itləri gəzdirmək məcburiyyətində qalır. Hər kəsə məlumdur ki, bu itlərin böyük əksəriyyəti görənləri vahiməyə salan, aqressiv it cinsinə məxsus olanlardır. Lakin çox az halda it sahibləri təhlükəsizlik qaydalarına əməl edir, heyvanlara ağızlıq və ya buruntaq taxır.
Mövzu ilə bağlı musavat.com-un əməkdaşları videoreportaj hazırlayıb. Həmin reportajı təqdim edirik: