Səfirliyə təhdid məktubu: "Ölkədən rədd olun!"

Baxış sayı:
11662

Cənubi Koreyanın Tokiodakı səfirliyinə təhdid xarakterli məktub daxil olub.

Axar.az xəbər verir ki, bu barədə “Asaxi” qəzeti yazıb.

İçərisinə güllə yerləşdirilmiş zərfdə “ölkədən rədd olun” sözləri yazılıb. Odlu silaha sahib olduğunu bildirən məktub müəllifi səfirlik əməkdaşlarını təqib edəcəyinə söz verib.