Serj Sarkisyan aprel döyüşlərindəki məğlubiyyətə görə dindiriləcək

Baxış sayı:
12286

Ermənistan ordusunun 2016-cı il aprel məğlubiyyətini araşdıran parlament komissiyasının ölkənin keçmiş prezidenti Serj Sarqsyanı da dindirəcəyi gözlənilir.

“Ermənistan xəbərləri”nin məlumatına görə, bunu parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü, hakim “Mənim addımım” fraksiyasının deputatı Tiqran Karapetyan bildirib.

O qeyd edib ki, komissiyanın 2016-cı ilin aprel döyüşləri ilə bağlı iclasına S.Sarqsyan da çağırıla bilər: “Hakimiyyətin keçmiş və indiki nümayəndəsi olmasından asılı olmayaraq, istənilən adamı çağırmaq üçün məhdudiyyət yoxdur. Ehtiyac olarsa Serj Sarqsyan da dəvət olunacaq”.

Deputatın sözlərinə görə, komissiyanın istintaq orqanı statusu var və ona görə də dəvətli iclasa gəlməkdən imtina edə bilməz.

Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan mayın 20-də 2016-cı il aprelin 2-5-də Azərbaycanın işğal altında olan torpaqlarındakı döyüşlərlə bağlı parlament araşdırmasının aparılmasının vaxtının çatdığını bildirimişdi.