Əsədlə PKK razılaşdı! - DİQQƏTÇƏKƏN TÜRKİYƏ MADDƏSİ

Baxış sayı:
3901

Əsəd rejimi ilə terror təşkilatı PKK-nın Suriya qolu YPG arasında keçirilən görüşlərdən sonra Hasəkədə, YPG ilə rejim arasında ön razılaşma əldə olunduğu qeyd olunub.
 
Əsəd rejiminə yaxınlığı ilə tanınan “Al-Masdar”-ın xəbərinə görə, Əsəd rejimi ilə terror təşkilatı YPG arasında keçirilən görüşlərdən sonra Hasəkədə, YPG və rejim arasında ön razılaşmanın əldə olunduğu qeyd edilib.
Müqaviləyə görə, PKK-nın Suriya davamı YPG, öz nəzarəti altında olan Hasəkədə, terrorçubaşı Abdullah Öcalanın portretlərini götürməyi qəbul edib.
Xəbərdə bu ön anlaşmanın, rejimin paytaxtı Dəməşq və Qamışlıdakı terror təşkilatının nümayəndələrilə görüşündən sonar əldə olunduğu bildirilib.
 
ƏSƏD REJİMİ VƏ TERRORÇULARDAN QARŞILIQLI İSTƏKLƏR
 
“Al Masdar”-a danışan hərbi mənbə, birgə nəzarət nöqtələrinin qurulması üçün iki tərəf arasında müzakirələrin davam etdiyini, rejimin və terrorçuların qarşılıqlı müxtəlif şərtlər təqdim etdiyi və tərəflərin bir-birilərini inandırmağa çalışdığını söyləyib.
Əsəd rejiminin YPG terrorçularından istədikləri;
Ölkə daxilində rejimlə PKK güclərinin birləşdirməsi
İraqla sərhəddəki Til Koçer və Semelka sərhəd məntəqələrinin təhvil verilməsi
Türkiyə ilə sərhəddəki Derbesiye və Resulayn sərhəd məntəqələrinin təhvil verilməsi
YPG-nin Əsəd rejimindən istədikləri;
Əsəd rejiminin Kürd dilini Suriya təhsil sisteminin bir parçası halına gətirməsi
YPG terrorçularının Əsəd rejiminin ordusunda xidmət etmiş kimi sayılması
Suriya Neft Nazirliyinə bir Kürd rəhbərin təyin edilməsi
Müxalifət.az