Əsəd TERRORÇU YPG İLƏ ANLAŞDI

Baxış sayı:
11260

Terror təşkilatı YPG/PKK və Əsəd rejimi, Suriyanın şərqindəki Deyrizor rayonunda təşkilatın işğalındakı ən böyük “ƏL Ömər” neft yatağından çıxarılan nefti mübadilə etmək məsələsində anlaşma əldə edib.
 
Deyrizordaki etibarlı mənbələrdən alınan məlumata görə, YPG/PKK terror təşkilatı Deyrizorda işğal etdiyi ən böyük “Əl Ömər” neft yatağından əldə etdiyi xam nefti mazut müqabilində rejimlə mübadilə mövzusunda razılaşıb.
Müqaviləyə görə, YPG/PKK-nın rejimə verdiyi hər 100 barel xam neft qarşılığında rejimdən 75 barel mazut alacaq.
Qeyd edək ki, 2017-ci ilin oktyabrında terror təşkilatı İŞİD-in “Əl Ömər” yatağından çəkilməsindən sonra onlarca ABŞ hərbçisi YPG/PKK-lı terrorçuların cərgəsində bölgə neftini nəzarətə götürdü.
Mənbələr, ölkənin ən zəngin neft yatağı olan “Əl Ömər”-dən gündə təxminən 15 min barel neft çıxardığını qeyd edib.
Rejim və YPG/PKK təxminən bir il əvvəl Suriyada təşkilatın işğal etdiyi Hasekə rayonundakı yataqlardan çıxarılan neftin gəlirini bölüşdürmək qərarı almışdı.
ABŞ-ın dəstəklədiyi terror təşkilatı, Suriyada neft ehtiyatlarının təxminən  70 faizini işğal edib.
 
DEYRİZORDAKİ ENERJİ MƏNBƏLƏRİ
 
İraq sərhədinə hakim Deyrizor, ölkənin ən böyük enerji resurslarına malikdir. Şəhəri ikiyə bölən Fərat çayının şərqi Suriyanın ən böyük neft sahələrini təşkil edən 11 yatağı özündə ehtiva edir.
Bu neft sahələri, təxmini hesablamalara görə, Suriyanın enerji ehtiyatlarının təxminən üçdə birini təşkil edir.
Terror təşkilatı, Deyrizorun şimal-şərqindəki ən böyük qaz kompleksi Konikoyu 23 sentyabr 2017-ci ildə ələ keçirərkən, 22 oktyabr 2017-də də Suriyanın ən böyük neft yatağı “Əl Ömər”-i işğal etmişdi.
Ölkədəki bütün neftayırma zavodları isə rejim güclərinin nəzarəti altında yerləşir.
Müxalifət.az