Əsəd öz xalqını yox saydı: “Müxaliflər Suriyanı deyil, Türkiyəni təmsil edir”

Baxış sayı:
8431

Milyondan çox suriyalıları qətl edən əli qanlı Bəşər Əsəd konstitusiya komissiyasında müxalifəti təmsil edəcək olan nümayəndələr haqda,”Onlar Suriya xalqını deyil, Türkiyəni təmsil edirlər” deyib.
 
Suriyada yerli nümayəndələrlə bir araya gəldiyi yığıncaqda, konstitusiya komisiyasındakı hökumət nümayəndələrinin Suriya dövlətini və xalqın böyük hissəsini təmsil etdiyini söyləyən Əsəd, "Amma digər tərəf var və bu tərəfin məntiq olaraq Suriya xalqının dövlətin görüşünü qəbul etməyən digər qismini təmsil etməsi lazımdır. Amma bildiyiniz kimi bunlar nə Suriya xalqını, nə də özlərini təmsil etmir, Türk dövlətini təmsil edirlər. İndi sual budur, onlar Suriyanın, yoxsa Türkiyənin konstitusiyasını müzakirə edirlər” deyə sual edib.
Cenevrədə 2012-ci ildə başladılan siyasi prosesin Suriyaya düşmən ölkələrin mövqeyi üzündən uğursuz olduğunu dilə gətirən Əsəd, "Düşmən ölkələr hər cür prosesə mane olur, bu proses ciddi olsa belə, misal üçün Soçi və ən azından müsbət və müvəffəqiyyətli olan Astana prosesləri kimi” deyib.
Müxalifət.az