Savçenko Rusiyaya qaçdı - İNANILMAZ İDDİA
13-03-2018 11:32
Baxış sayı:
7561

Radanın deputatı Nadejda Savçenko Rusiyaya qaçıb.
Axar.az xəbər verir ki, bunu “LB.ua” saytına müsahibəsində Ukrayna Xalq Cəbhəsi Fraksiyasının sədr müavini Andrey Teteruk deyib.
“Savçenko hazırda Strasburqda deyil, o, indi Rusiyadadır. AŞPA vitse-prezidenti Vladimir Aryev də təsdiq edib ki, Savçenko Ukrayna nümayəndə heyətinin tərkibində deyil”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Təhlükəsizlik Xidməti Savçenkonu Əsirlərin Azadedilmə Mərkəzinin həbs edilən rəhbəri Vladimir Rubanın cinayət işi üzrə dindirilməyə çağırıb. Lakin Savaçenko həmin gün ölkəni tərk edib.