Savaş bitdi: HƏMAS-la İsrail razılaşdı
30-05-2018 10:05
Baxış sayı:
8095

HƏMAS-la İsrail arasında atəşkəs rejiminin bərpa olunması haqqında razılıq əldə olunub.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı HƏMAS yayıb.
HƏMAS-ın yaydığı bəyanat hələlik İsrail tərəfindən təsdiqlənməyib. İsrail mətbuatı Təl-Əvivin də eskalasiyada maraqlı olmadığını yazıb.
Qeyd edək ki, bundan öncə HƏMAS-la İsrail arasında razılaşmanın Misir vasitəsilə əldə olunduğu haqqında məlumat yayılmışdı. Lakin sonradan tərəflər arasında münasibətlərin gərginləşməsi bu məlumatın doğru olmadığını ortaya çıxardı.