Salyanda "Kamaz" aşdı: ölən var

Baxış sayı:
3502

Salyan rayonunun Xıdırlı kəndində "Kamaz" markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.
FHN-dən Muxalifet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.