​Sabiq prezident vəfat etdi - FOTO

Baxış sayı:
3915

Türkiyənin futbol cameəsinə ağır itki üz verib.
Muxalifet.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının sabiq idarəçilərindən və “Dənizlispor” klubun prezidenti Əli İpək vəfat edib.
64 yaşlı funksioner xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Əli İpək 1990-1992 və 2005-2010-cu illərdə “Dənizlispor”un prezidenti kimi çalışıb. 1997-2004-cü illərdə Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü olub.