Sabah bu ərazilərdə su olmayacaq
19-06-2018 23:58
Baxış sayı:
6814

Sabah günorta saatlarında paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində fasilələr yaranacaq
Muxalifet.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumata görə, H.Əliyev küçəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilişində sabah günorta saatlarına qədər fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.