Saatlıda özünü yandıran qadın Bakıda öldü

Baxış sayı:
5659

Saatlıda üzərinə benzin tökərək yandıran qadın dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, 1946-cı il təvəllüdlü Muradova Umleyla Allahqulu qızı müalicə üçün Bakı xəstəxanalarından birinə göndərilsə də, onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində baş verib. 
U.Muradova üstünə benzin tökərək özünü yandırmaqla intihar etmək istəyib.
Ətrafdakı adamların müdaxiləsi sayəsində yanğın söndürülüb və qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilk tibbi yardım göstərilib.
Vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilmişdi.
Hadisənin səbəbi hələlik məlum deyil.